Sığorta bazarı böyüyüb - İki ayın hesabatı
- 29 mart 2022
Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 178 milyon 307 min manat məbləğində sığorta haqqı toplanılıb.
banks.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 38 milyon 936 min manat təşkil edib. Bu isə illik müqayisədə 2,6 dəfə azdır.
2 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 21,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 62,4 manat olub.
- Teqlər:
- sığorta