Yeddi ayda sığorta şirkətləri 500 milyon manatdan çox sığorta haqları hesablayıb
- 27 avqust 2021
2021-ci ilin 7 ayı ərzində Azərbaycandakı sığorta şirkətləri tərəfindən 528 milyon 258 min manat sığorta haqları hesablanıb.
banks.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankdan bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55 milyon 533 min manat və ya 11,7% çoxdur.
2020-ci ilin 7 ayında sığorta şirkətləri tərəfindən 472 milyon 725 min manat sığorta haqları toplanmışdı.
Sığorta ödənişləri ötən ilin 7 ayı ərzində 227 milyon 129 min manat ikən, bu ilin 7 ayında 301 milyon 179 min manat təşkil edib (74 milyon 50 min manat vıə ya 32,6% artıb).
- Teqlər:
- sığorta
- Reyestr:
- AR Mərkəzi Bankı