banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Vergi və Mühasibatlıq Zirvəsinə sayılı günlər qalır!

    • Press-reliz
    • Tədbirlər
  • 06 mart 2023

“Rəqəmlərin ritmi” şüarı ilə 11 mart 2023-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 500 nəfərin iştirakı ilə baş tutacaq Vergi və Mühasibatlıq Zirvəsinə bilet satışları davam edir!

“Facemark” MMC və “Good Finance” MMC-nin təşkilatçılığı, “Meqa Həyat Sığorta” ASC-nin baş sponsorluğu, “Business Management School” MMC, “Başkent” restoranlar şəbəkəsi, “Unilegal Consulting” şirkətinin, “Balli Bisi” şirniyyat evi və "Pro Team Consulting & Outsourcing" şirkətinin dəstəyilə 500 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq zirvə ölkəmizdə vergi və mühasibatlıq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

4 moderator və 17 spiker "Rəqəmlərin Ritmi" şüarı ilə "Mühasibatlıq və rəqəmsallaşma", "Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib", "Maliyyə hesabatları və audit", "Vergi riskləri" panelləri üzrə müxtəlif mövzuları müzakirə edəcəklər.

"Good Finance"şirkətinin direktoru Vüsal Səlimovun moderator olduğu “Mühasibatlıq və rəqəmsallaşma” panelində "Davud Mamedov" MMC-nin baş direktoru Davud Məmmədov mühasibatlıq və kodinq, "Pro Team Consulting & Outsourcing" şirkətinin təsisçi və direktoru Sənan Rzayev gələcəyin mühasibi, "Avrora" MMC-nin maliyyə meneceri Simnar Paşazadə maliyyə uçotunda bilinməyən səhvlər və doğrular və "WeFinix" MMC-nin təsisçi və direktoru Şəhla Abdulla maliyyə sahəsində rəqəmsallaşma mövzularında təcrübələrini bölüşəcəklər.
Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayevin moderator olduğu "Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib" panelində biznes idarəçisi Vüsal Şərifov və Azərbaycan İnvestisiya Holdinqinin Mühasibat Uçotu və Maliyyə Hesabatlılığı şöbəsinin müdiri Vüqar İbrahimov çıxış edəcək.
"Maliyyə hesabatları və audit" paneli Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və mühasibat fakültəsinin dekan müavini Abdulkərim Sadıqovun moderatorluğu ilə baş tutacaq. EY Azərbaycan şirkətinin Azərbaycan Respublikasındakı filialının Vergi və Hüquq məsələləri üzrə partnyoru Arzu Hacızadə, "Rewe Group" şirkətinin Mühasibatlıq və maliyyə meneceri Bəhram Novruzov maliyyə auditinin vacibliyi və yekun nəticənin effektivliyi – real praktiki misallar, Bakı Mühəndislik Universitetinin müəllimi Elvin Həsənov PMS imtahanına hazırlaşmağın əsas metodları və "AzVirt" MMC-nin Daxili Audit Rəhbəri Müşfiq Bayramzadə maliyyə hesabatlarının hazırlanmasında əsas məqamlar mövzularında çıxış edəcəklər.

"Good Finance" MMC-nin vergi konsultantı Teymur İslamlının moderator olduğu "Vergi Riskləri" paneli "Bizcon Audit" MMC-nin həmtəsisçisi və direktoru Anar Bayramov, "Ekvita" MMC-nin vergi məsələləri üzrə meneceri Fariz Yadigarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanov, Vergi siyasəti Baş İdarəsinin Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsinin rəisi Elvin Məmmədli, "SM Consulting" MMC-nin təsisçisi Emin Səttarov, Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev, və "Finstab" MMC-nin təsisçisi Yusif Yusifzadənin spikerliyi ilə baş tutacaq.

Qeyd edək ki, zirvənin moderator və spikerləri ilə birlikdə yekun görüş keçirilərək panellər və mövzular üzrə müzakirələr aparılıb.

Vergi və Mühasibatlıq Zirvəsinə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.vmz.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/fifbaku.az 
İnstaqram: https://www.instagram.com/vmzbaku/ 
Linkedln: https://www.linkedin.com/company/vmz-baku/ 

Oxşar xəbərlər

Maliyyə
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
01 iyul 2025
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
FinTech
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
19 iyun 2025
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
Maliyyə
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
02 iyun 2025
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
Maliyyə
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
30 may 2025
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
Maliyyə
Ən aşağı faizlə kreditlər Bakıda verilib
29 may 2025
Ən aşağı faizlə kreditlər Bakıda verilib
Araşdırmalar
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
27 may 2025
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər