Sığorta şirkəti «Günay Sığorta»
Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 27 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. 14 avqust 2008-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 042483 saylı müddətsiz lisenziya verilmişdir.
Şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur.
Bizim sığortaçılıq anlayışımız müştəri yönümlü yanaşma ilə güvənə və ədalətə əsaslanan şəffaf və mütərəqqi sığorta xidməti göstərməkdir. Məqsədimiz sürətlə yox, keyfiyyətlə böyümək və pərakəndə sığorta bazarında ən arzuolunan şirkət olmaqdır.
"Günay Sığorta" ASC-nın müştərilərinə göstərdiyi yüksək və operativ xidmət onun sığorta bazarında möhkəmlənməsinə, xarici sığorta və təkrarsığorta şirkətləri ilə uzunmüddətli və güvənli əməkdaşlıq qurmasına səbəb olmuşdur. Türkiyənin ən böyük sığortaçılarından olan «Anadolu Sığorta» şirkəti ilə 20 ilə yaxın birgə fəaliyyət göstərmiş, dünyanın tanınmış sığorta və təkrar sığorta şirkətlərindən olan "Zurich", "ACE", "Allianz Türkiye", "FM Global", "İnqosstrach", "Azre Təkrarsığorta" və s. kimi böyük şirkətləri ilə əməkdaşlığını davam etdirməkdədir.
Hazırda 7,7 milyon manat nizamnamə kapitalına malik olan "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir.
Sığorta şirkəti haqqında ümumi məlumat
Lisenziya
№ 042483 / 14.08.2008
Rəhbərlik
Mahir Ənvər oğlu Niftəliyev
Baş ofis
Bakı, İnşaatçılar prospekti 75C AZ1065
Telefonlar
Rəsmi sayt
Əlaqə
Xidmət növləri
Kasko
OSAGO
Əmlak sığortası
Səyahət sığortası
İşçilər üçün könüllü tibbi sığorta