banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

AccessBank İş

Şirkət haqqında
Vakansiyalar

Şirkət haqqında

Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini «AccessBank» olaraq davam etdirməyə başlayıb. Bank qısa müddət ərzində sürətlə inkişaf edib və nəticədə böyük nailiyyətlər əldə edib. AccessBank-ın missiyası ev təsərrüfatlarına, mikro, kiçik və orta sahibkarlıq müəssisələrinə maliyyə xidmətləri və həlləri təklif etməklə, eləcə də bankçılıq sahəsində beynəlxalq səviyyədə qəbul olunan qabaqcıl təcrübələrdən istifadə etməklə Azərbaycanın dayanıqlı inkişafına töhfə verməkdir. Biz öz müştərilərimizə, səhmdarlarımıza, əməkdaşlarımıza və ümumilikdə cəmiyyətə dəyər qazandırmaq məqsədimizə sadiqik. Bizim missiyamız şəffaflıq və açıqlıq, peşəkarlıq, müştərilərə sadiqlik, komanda işi, cəmiyyət və ətraf mühitə qarşı məsuliyyət kimi dəyərlərimizə əsaslanır. Bankın strateji məqsədləri: Mikro və kiçik biznes müştəriləri üçün aparıcı maliyyə xidməti təminatçısı kimi bazardakı mövqeyini qoruyub saxlamaq Prosesləri optimallaşdırmaq, rəqəmsallaşmanı genişləndirmək və xidmətləri müştəri tələblərinə daha da uyğunlaşdırmaqla müştəri məmnuniyyətinin artırılmasına davam etmək Bankın güclü risk idarəçiliyini, yüksək anderraytinq standartlarını, tələblərə tam uyğunluq və daxili nəzarət mexanizmlərini qoruyub saxlamaq Peşəkarlıq və müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək məqsədilə əməkdaşların inkişafına yatırım etmək və bununla da iş səmərəliliyini daha da gücləndirmək İnvestorları dayanıqlı inkişaf və maliyyə gəlirliliyi ilə təmin etmək

Baş ofis

Bakı, Tbilisi prospekti 3, AZ1065

Şirkət haqqında ümumi məlumat

Şirkət növü
Bank
Telefonlar
+99412151
Rəsmi sayt
https://www.accessbank.az
Səhmdarlar
Asian Development Bank (19.90%) European Investment Bank (17.39%) International Finance Corporation (16.56%) responsAbility SICAV (Lux) – 2.91% responsAbility Management Company S.A. – 7.11% FMO (9.41%) OeEB – Avstriya İnkişaf Bankı (9.17%) SIFEM AG (8.89%) EFSE (2.78%) Symbiotics (2.27%) Green for Growth Fund (GGF) - 1.77% LFS Advisory GmbH (1.27%) Qara Dəniz Ticarət və İnkişaf Bankı (0.58%)
Sosial şəbəkələrdə
İş saatları
  • be-c: 09:00 - 17:00
  • ş-b: istirahət günü
İş üçün ən yaxşı yerləri tapın
İş üçün ən yaxşı yerləri tapınKeçid