Şirkət haqqında
Hazırda mövcud banklar içində ilk kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir. Bank öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992–ci il tarixində verilmiş lisenziya əsasında həyata keçirir. Bankın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə “Azərnəqliyyatbank” ASC-nin adı dəyişdirilərək “Expressbank” ASC adlandırılmış və Nizamnaməyə müvafiq dəyişiklik 04 mart 2010-cu il tarixində dövlət qeydiyyatına alınmışdır.
Beynəlxalq reytinq agentliyi Fitch Ratings 2020- ci ilin may ayında Expressbank-ın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.
Baş ofis
Bakı, Y.V.Çəmənzəminli 134C AZ1052
Şirkət haqqında ümumi məlumat
Şirkət növü
Bank
Telefonlar
Rəsmi sayt
Səhmdarlar
Xammədov Hikmət Hacəmməd oğlu 15.9978%
Seyidov Hafiz Mirzağa oğlu 7.9982%
Enerqoservis MMC 17.6885%
Azenco Group MMC 40.0003%
Dövlət Avtomobil Nəqliyyatİ Xidməti 0.3111%
İş saatları
- be-c: 09:00 - 18:00
- ş-b: istirahət günü
İş üçün ən yaxşı yerləri tapın
Keçid