Əlavə dəyər vergisi inteqrasiya olunacaq
- 25 dekabr 2020
Əlavə dəyər vergisinin qaytarılması üçün yaradılan informasiya sistemi digər bankların elektron bankçılıq həllərinə inteqrasiya olunacaq.
banks.az Azərbaycan Banklar Assosiasiyasına istinadən xəbər verir ki, qeyd olunan məsələ ilə bağlı Assosiasiya tərəfindən İqtisadiyyat Nazirliyinə müraciət edilib.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin, Azərbaycan Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasına üzv bankların nümayəndələri ilə görüş keçirilib.
Görüşdə müvafiq informasiya sistemi ilə inteqrasiyanın yaradılması həmçinin ədvgerial layihəsinə digər bankların da qoşulması məsələləri müzakirə edilib.
- Teqlər:
- banklar
- cashback
- texnologiya