ADB: "Azərbaycan iqtisadi şaxələndirməni genişləndirməlidi"
- 23 avqust 2021
COVID-19 Azərbaycan və Qazaxıstan iqtisadiyyatlarının əhəmiyyətli dərəcədə kiçilməsinə səbəb olub. Hər iki ölkə təbii ehtiyatlarla zəngin olsalar da, COVID-19 pandemiyası kimi iqtisadi sarsıntılar bir daha göstərdi ki, iqtisadiyyatın bir ixrac məhsulundan asılılığını azaltmaq və daha dayanıqlı olmaq üçün iqtisadi şaxələndirmənin genişləndirilməsi vacibdir.
banks.az report-a istinadla xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı (ADB) məlumat açıqlayıb.
“Azərbaycanın böyük neft və qaz ehtiyatları onun iqtisadiyyatına öz töhfəsini verir. Məlumatlar göstərir ki, 2020-ci ildə ölkənin ixracı 36,6 % azalıb. Tələbə gəlincə, 2019-cu ildə 3,5 % artım nümayiş etdirmiş idxal, 2020-ci ildə 11,1 % azalıb. 2019-cu ildə 2,5 % artmış Azərbaycan iqtisadiyyatı ötən il 4,3 % kiçilib. “2021-ci il üzrə Asiya İnkişaf Proqnozu” hesabatına görə, pandemiyanın zəifləməsi və enerji daşıyıcılarına qlobal tələbin bərpa olunması səviyyəsindən asılı olaraq, 2021-ci ildə Azərbaycanda iqtisadi artım bərpa olunacaq, 2022-ci ildə isə iqtisadi artım sürətlənəcək”, - ADB-nin analitikləri hesab edirlər.
- Teqlər:
- iqtisadiyyat
- Reyestr:
- Asiya İnkişaf Bankı