Avropa Bankı Azərbaycanda ÜDM ilə bağlı proqnozunu azaldıb
- 10 may 2022
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu azaldıb.
banks.az xəbər verir ki, bu barədə EBRD-nin “Regional Economic Prospekt” hesabatının may sayında bildirilir.
Sənədə əsasən, bu il Azərbaycanda iqtisadi artımın 4,5% olması gözlənilir ki, bu da martda verilmiş proqnozla müqayisədə 0,5 faiz bəndi azdır.
EBRD gələn il isə Azərbaycanda ÜDM-in 2,5% artacağını proqnozlaşdırır. Bu isə, əvvəlki proqnozla eynidir.
- Teqlər:
- iqtisadiyyat