banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu cüzi artıb

    • Maliyyə
  • 09 avqust 2022

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 7 301,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% çox vəsait yönəldilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 15,5% azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 12,5% artıb.

Hesabat dövründə istifadə olunmuş vəsaitin 4492,6 milyon manatı və yaxud 61,5%-i məhsul istehsalı sahələrinə, 2 355,5 milyon manatı və yaxud 32,3%-i xidmət sahələrinə, 453,6 milyon manatı və yaxud 6,2 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

7 ay ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 5427,8 milyon manatını və ya 74,3%-ni daxili vəsaitlər təşkil edib, 5 174,9 milyon manatı və yaxud 70,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İnvestisiya qoyuluşunda müəssisə və təşkilatların vəsaitləri 54,4%, büdcə vəsaitləri 29,6%, əhalinin şəxsi vəsaitləri 7,8%, sair vəsaitlər 5 %, bank kreditləri isə 3,2% paya malik olub.

  • Teqlər:
  • iqtisadiyyat
  • investisiya

Oxşar xəbərlər

Maliyyə
“Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi
17 oktyabr 2024
“Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi
Maliyyə
Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq
15 avqust 2024
Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq
Maliyyə
Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb
23 iyul 2024
Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb
Maliyyə
Dünya Bankı: "Azərbaycan pandemiyaya görə dərhal addım atmış ölkələrdəndir"
04 may 2023
Dünya Bankı: "Azərbaycan pandemiyaya görə dərhal addım atmış ölkələrdəndir"
Maliyyə
AYİB-dən Azərbaycanla bağlı yeni proqnoz
16 fevral 2023
AYİB-dən Azərbaycanla bağlı yeni proqnoz
Maliyyə
Azərbaycan ili iqtisadiyyatın kiçilməsi ilə başladı
13 fevral 2023
Azərbaycan ili iqtisadiyyatın kiçilməsi ilə başladı