banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Azərbaycan və Qırğızıstan birgə investisiya fondu yaradacaq

    • Maliyyə
  • 05 iyul 2021

Azərbaycan və Qırğızıstan müştərək investisiya fondu yaradacaqlar.

banks.az Qırğızıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, tərəflər bu barədə Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevin Qırğızıstan nümayəndə heyətinin Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı razılığa gəliblər.

Görüşdə ikitərəfli münasibətlərin aktual məsələləri müzakirə olunub, müştərək investisiya fondunun yaradılması barədə razılığa gəlinib və Bakı-Bişkek marşrutu ilə birbaşa uçuşların bərpa edilməsi imkanları nəzərdən keçirilib.

Bununla yanaşı, Qırğızıstan paytaxtında Azərbaycan hökumətinin qrantları hesabına istirahət parkının və orta məktəbin tikintisinin başa çatdırılması, həmçinin Bakıda Qırğızıstan ticarət evinin yaradılması ilə bağlı məsələ müzakirə olunub.

Bundan əlavə, R. Kazakbayev və Ə. Əsədov Qırğızıstana COVID-19 əleyhinə peyvənd tədarükü üzrə qarşılıqlı fəaliyyət və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qırğızıstan tərəfi görüşdə investisiyaların cəlb edilməsi, korrupsiya və cinayətkarlarla mübarizə, dövlət idarəetməsi və məhkəmə sistemi sahəsində islahatlarla bağlı Azərbaycan təcrübəsinin öyrənilməsinə maraq göstərin. Öz növbəsində, Ə. Əsədov 2021-ci ilin payızında Qırğızıstana səfər etməyə hazır olduğunu bildirib.




  • Teqlər:
  • iqtisadiyyat

Oxşar xəbərlər

Maliyyə
“Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi
17 oktyabr 2024
“Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi
Maliyyə
Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq
15 avqust 2024
Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq
Maliyyə
Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb
23 iyul 2024
Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb
Maliyyə
Dünya Bankı: "Azərbaycan pandemiyaya görə dərhal addım atmış ölkələrdəndir"
04 may 2023
Dünya Bankı: "Azərbaycan pandemiyaya görə dərhal addım atmış ölkələrdəndir"
Maliyyə
AYİB-dən Azərbaycanla bağlı yeni proqnoz
16 fevral 2023
AYİB-dən Azərbaycanla bağlı yeni proqnoz
Maliyyə
Azərbaycan ili iqtisadiyyatın kiçilməsi ilə başladı
13 fevral 2023
Azərbaycan ili iqtisadiyyatın kiçilməsi ilə başladı