Azərbaycanda bank kartlarının sayı artıb
- 29 mart 2022
Xəbər verdiyimiz kimi Mərkəzi Bank yanvar-fevral aylarında bank sistemi üzrə bəzi göstəriciləri açıqlayıb.
banks.az-ın məlumatına görə, hesabatda bank sistemi üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 255 min ədəd artaraq 11 milyon 528 min ədəd təşkil etdiyi qeyd edilib.
Beləliklə də keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.3% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 19.1%, kredit kartları üzrə 29.4% təşkil edib.
- Teqlər:
- kredit kartı
- debet kartı