Azərbaycanın icmal büdcəsinin gəlirləri belə olacaq
- 09 sentyabr 2021
Azərbaycanın icmal büdcəsinin gəlirləri 2023-cü ildə 28 175,8 milyon manat, 2024-cü ildə 28 963,4 milyon manat, 2025-ci ildə isə 29 606,5 milyon manat olması nəzərdə tutulub.
banks.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd olunub ki, 2023-25-ci illərdə icmal büdcənin xərclərinin isə müvafiq olaraq 31 664,2 milyon manat, 31 774,4 milyon manat və 31 890 milyon manat olması gözlənilir. Son nəticədə icmal büdcənin kəsiri 2023-cü ildə 3 488,4 milyon manat, 2024-cü ildə 2 811 milyon manat, 2025-ci ildə isə 2 283,5 milyon manat təşkil edəcək.
- Teqlər:
- iqtisadiyyat