Nizamnamə kapitalı artan banklar
- 18 noyabr 2022
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu il oktyabrın 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.
banks.az xəbər verir ki, bunlar “Zıraat Bank Azərbaycan”, “Naxçıvan Bank” və “Unibank” ASC-lərdir.
Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (31%), ən aşağı dinamika isə “Unibank”da (13,4%) qeydə alınıb.
Qalan 23 bankın nizamnamə kapitalı dəyişməyib.
- Teqlər:
- banklar
- kapital