banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Salvador "Bitcoin"i rəsmi ödəniş vasitəsi elan edən ilk ölkə oldu

    • Maliyyə
  • 07 sentyabr 2021

Salvador "Bitcoin" kriptovalyutasını rəsmi ödəniş vasitəsi kimi tanıyan dünyanın ilk ölkəsi oldu.

Bu gündən etibarən Salvador sakinləri bir fincan qəhvə almaq və ya xidmətlərin ödənilməsi üçün kriptovalyutadan istifadə edə biləcəklər. Əlavə olaraq, əhali "Bitcoin"lə vergi ödənişlərini həyata keçirib, ipoteka kreditlərini ödəyə biləcək.

Salvadorun Prezidenti Nayib Bukelenin administrasiyası "Bitcoin"i stimullaşdırmaq üçün 225 mln. ABŞ dollarından çox vəsait xərcləyəcək. Xüsusilə, hökumət ölkə sakinlərinə "Bitcoin" və ABŞ dolları ilə ödəmələr üçün istifadə edilə bilən rəsmi "Chivo" kriptovalyutası cüzdanını quraşdırılması üçün 30 dollarlıq "Bitcoin" köçürməyi vəd edib.

Hökumət sakinlər üçün kriptovalyutanın alışı üçün ölkə ərazisində 200 bankomatdan ibarət şəbəkə qurmaq niyyətindədir.

Salvador hökuməti "Bitcoin"in geniş yayılmasının nağd pulun daha çox qəbul edildiyi bir ölkədə əlverişli maliyyə xidmətləri yaradacağına inanır. Yerli müəssisələr də mal və xidmətlərin ödənilməsi variantlarını genişləndirdiyindən və mobil tətbiqdən istifadə edərək bank ödənişlərindən qurtulduğu üçün bu təşəbbüsü dəstəkləyir.

  • Teqlər:
  • kriptovalyuta

Oxşar xəbərlər

Maliyyə
Elman Rüstəmov: "Kriptovalyuta bazarından təhdid görmürük"
28 yanvar 2022
Elman Rüstəmov: "Kriptovalyuta bazarından təhdid görmürük"
Maliyyə
PayPal şirkəti də kriptovalyuta buraxacaq
08 yanvar 2022
PayPal şirkəti də kriptovalyuta buraxacaq
Maliyyə
Azərbaycanda kriptovalyuta ilə bağlı qanun layihəsi hazılana bilər
10 dekabr 2021
Azərbaycanda kriptovalyuta ilə bağlı qanun layihəsi hazılana bilər
Maliyyə
"Bitcoin City" tikiləcək
22 noyabr 2021
"Bitcoin City" tikiləcək
Maliyyə
Azərbaycanın bu universitetində kriptovalyuta fənni tədris olunacaq
06 oktyabr 2021
Azərbaycanın bu universitetində kriptovalyuta fənni tədris olunacaq
Maliyyə
Azərbaycanda nə qədər kriptovalyuta istifadəçisi var?
28 sentyabr 2021
Azərbaycanda nə qədər kriptovalyuta istifadəçisi var?