banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Taleh Kazımov Gülər Paşayevaya vəzifə verdi

    • Maliyyə
  • 22 iyul 2022

Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.

banks.az Mərkəzi Banka istinadən xəbər verir ki, AMB-nin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.

Bununla da, qurumun baş direktorlarının sayı 7-yə çatıb.

G.Paşayeva əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də kassir vəzifəsində başlamış, 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentinin Korporativ katiblik şöbəsinin kolleqial orqanlarla iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ Katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb.

  • Teqlər:
  • mərkəzi bank
  • Reyestr:
  • AR Mərkəzi Bankı

Oxşar xəbərlər

Maliyyə
Mərkəzi Bankın rəhbəri bankların bağlanma səbəbini açıqlayıb
05 iyun 2023
Mərkəzi Bankın rəhbəri bankların bağlanma səbəbini açıqlayıb
Maliyyə
Azərbaycanda bank sektoru ilə bağlı iki qayda yenilənib
03 avqust 2022
Azərbaycanda bank sektoru ilə bağlı iki qayda yenilənib
Maliyyə
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzv təyin edilib
12 aprel 2022
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzv təyin edilib
Maliyyə
Mərkəzi Bank faiz dərəcəsini artırdı
28 yanvar 2022
Mərkəzi Bank faiz dərəcəsini artırdı
Maliyyə
Postpandemiya dövründə maliyyə çağırışları büdcə xərclərinin artmasını tələb edir - Elman Rüstəmov
16 noyabr 2021
Postpandemiya dövründə maliyyə çağırışları büdcə xərclərinin artmasını tələb edir - Elman Rüstəmov
Maliyyə
İlin sonunadək pul bazasında artım ola bilər
02 noyabr 2021
İlin sonunadək pul bazasında artım ola bilər