Azərbaycanda pul bazası ötən ay 4 milyard manata yaxın artıb
- 11 yanvar 2022
Bu il yanvarın 1-nə Azərbaycanda pul bazası 17 milyard 937,6 milyon manat təşkil edib.
banks.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, dekabrın 1-i ilə müqayisədə 3 milyard 658,5 milyon manat və yaxud 25,6 % çoxdur.
Ölkədə pul bazası son 1 ildə isə 4 milyard 373,4 milyon manat və yaxud 32,25% artıb.
- Teqlər:
- manat