banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib

    • Daşınmaz əmlak
  • 03 oktyabr 2024

Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 365,6 milyon manat kredit verilib ki, onun da 66,5 milyon manatı güzəştli ipoteka kreditləri olub.

banks.az Fonda istinadən xəbər verir ki, 9 ayda adi ipoteka kreditləri hesabına 3017, güzəştli ipoteka kreditləri hesabına isə 844 ailə mənzil şəraitini yaxşılaşdırıb.

Hesabat dövründə verilmiş kreditlərin orta məbləği 94 683 manat təşkil edib.

Ümumilikdə indiyə qədər Fondun vəsaiti hesabına 3,2 milyard manat ipoteka krediti verilib ki, bu da 51 710 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. Bu kreditlərin 931 milyon manatdan çoxu dövlət dəstəyinə ehtiyacı olan xüsusi kateqoriyaya aid şəxslərə verilmiş güzəştli ipoteka kreditləri təşkil edir. İpoteka kreditlərindən faydalananların 67 %-i gənclər və gənc ailələrdir.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 1 oktyabr 2024-cü il tarixinə Fond 92,9 milyon manat məbləğində 1 077 ipoteka krediti üzrə zəmanət verib.

  • Teqlər:
  • ipoteka

Oxşar xəbərlər

Maliyyə
Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
30 yanvar 2025
Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
Daşınmaz əmlak
İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib
28 iyun 2024
İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib
Maliyyə
İpoteka və Kredit Zəmanət Fondunun səlahiyyətlərindən biri əlindən alındı
27 mart 2024
İpoteka və Kredit Zəmanət Fondunun səlahiyyətlərindən biri əlindən alındı
Maliyyə
AMB: "I rübdə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib"
19 iyun 2023
AMB: "I rübdə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib"
Daşınmaz əmlak
Azərbaycanda 4 ayda dövlət xəttilə 165 milyon manat ipoteka krediti verilib
23 may 2023
Azərbaycanda 4 ayda dövlət xəttilə 165 milyon manat ipoteka krediti verilib
Daşınmaz əmlak
Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 44 minə çatıb
19 aprel 2023
Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 44 minə çatıb