banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Azərbaycanda kredit tarixçələrini əldə edən vətəndaşların sayı 100 mini keçib

    • Maliyyə
  • 10 iyun 2024

Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemi ilə Elektron Xidmətlər Portalı üzərindən ödənişsiz şəkildə öz kredit tarixçələri barəsində məlumat əldə etmiş vətəndaşların sayı artıq 108 893 nəfəri keçib.

banks.az Mərkəzi Banka istinadən xəbər verir ki, bunun 35,5 %-i və ya 38 673-ü Bakı iqtisadi rayonunun, 7,9 %-i və ya 8 565-i Abşeron-Xızının, 6,8 %- və ya 7 431-i Lənkəran-Astara və 6,1 %-i və ya 6 623-ü Qarabağ İqtisadi rayonun ərazisinin payına düşüb.

Məlumata görə, vətəndaşlar tərəfindən əldə edilmiş kredit hesabatlarının sayı isə 300 mindən çox olub.

Vətəndaşlar real vaxt rejimində Elektron Xidmətlər Portalında müvafiq səhifəyə  digital login vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər.

Xatırladaq ki, Mərkəzləşdirilmiş Kredit Reyestri 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. Reyestrdə ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumat toplanır.

  • Teqlər:
  • kredit

Oxşar xəbərlər

Maliyyə
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
01 iyul 2025
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
FinTech
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
19 iyun 2025
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
Maliyyə
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
30 may 2025
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
Maliyyə
Ən aşağı faizlə kreditlər Bakıda verilib
29 may 2025
Ən aşağı faizlə kreditlər Bakıda verilib
Araşdırmalar
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
27 may 2025
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
Maliyyə
Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb
30 yanvar 2025
Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb