Beş ayda bankların faiz gəlirləri bu qədər artıb
- 23 iyun 2022
2022-ci ilin ilk 5 ayında (yanvar-may) Azərbaycan bankları kreditlər üzrə 852,8 milyon manat faiz gəlirləri əldə ediblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 187,8 milyon manat və ya 28,2% çoxdur.
banks.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin ilk 5 ayında (yanvar-may) Azərbaycan bankları depozitlər üzrə 169,8 milyon manat faiz ödəyiblər.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,1 milyon manat və ya 19,8% çoxdur.
Müqayisə olunan dövrdə bankların kredit portfeli (müştərilərə verilən kreditlər) 3 milyard 407 milyon manat və ya 23,2% artaraq 18 milyard 98 milyon manata çatıb.
- Teqlər:
- gəlir
- kredit