Əcnəbilər bank kartları ilə 1 074 mlrd. manatlıq əməliyyat aparıb
- 02 avqust 2022
Bu ilin yanvar-iyun aylarında əcnəbilər bank kartları vasitəsi ilə 1 074 milyard manatlıq əməliyyat aparıb.
Bu barədə banks.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyul sayına istinadən xəbər verir.
Qeyd edilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 dəfə çoxdur.
Təkcə iyun ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 203,6 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 4, 2 dəfə çoxdur.