banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

    • Press-reliz
  • 02 iyul 2021

Bakcell abunəçiləri 1 iyul 2021-ci il tarixindən başlayaraq "Vətəndaş” tipli “Asan İmza" xidməti üçün aylıq abunə haqqını ödəməyəcəklər.

Bu imkandan 20 iyun 2020-ci il tarixindən xidmətə qoşulan vətəndaşlarla yanaşı, qeyd olunan xidməti 1 iyul 2021-ci il tarixindən əldə edən bütün vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, "Vətəndaş” tipli “Asan İmza" xidməti üçün aylıq abunə haqqı, 2.50 AZN təşkil edirdi.

Xüsusilə vurğulanmalıdır ki, “Asan İmza” xidmətini mövcud olan mobil nömrədə  aktivləşdirmək olar və yeni nömrənin əldə edilməsinə ehtiyac yoxdur. "Asan İmza" xidmətinin aktivləşdiyi nömrədən istifadə etdikdə, həmin nömrəyə dövlət qurumları və digər elektron xidmət təchizatçılarından birbaşa olaraq, vacib ismarıcları qəbul etmək mümkün olacaq.

 

Bu xidməti aktivləşdirmək üçün abunəçilər şəxsiyyət vəsiqəsi ilə Bakcell Müştəri Xidmətləri Mərkəzlərindən birinə müraciət etməli və burada "Asan İmza" xidmətini aktivləşdirərək "Asan İmza" SİM kartını əldə etməlidirlər. Daha sonra isə SİM kartda Asan İmza sertifikatlarını aktivləşdirmək üçün Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət olunmalıdır.

"Asan İmza" xidmətindən fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət və özünüidarəetmə orqanlarının nümayəndələri istifadə edə bilərlər.

Qeyd edək ki, “Vətəndaş” tipli “Asan İmza” xidmətini tamamilə ödənişsiz əsaslarla əldə edən abunəçilər Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmətdən yararlanmaq imkanına malikdirlər.

  • Reyestr:
  • Bakcell

Oxşar xəbərlər

Araşdırmalar
🧀 Pul parmezan kimi “qoxuyanda”
24 yanvar 2026
🧀 Pul parmezan kimi “qoxuyanda”
Maliyyə
Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
13 yanvar 2026
Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
Maliyyə
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
01 iyul 2025
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
FinTech
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
19 iyun 2025
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
Maliyyə
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
02 iyun 2025
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
Maliyyə
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
30 may 2025
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək