Daha bir BOKT yaradıldı
- 02 iyul 2021
Azərbaycanda daha bir yeni BOKT yaradılıb.
banks.az-ın məlumatına görə, “Finkapital Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq dövlət qeydiyyatına alınıb.
Sözügedən BOKT Bakı şəhəri Nəsimi rayonu, Nizami, ev 73, m. 17 hüquqi ünvanında qeydiyyata alınıb. Kredit təşkilatı 300 000 manat nizamnamə kapitalı ilə bazara daxil olur.