banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Google Pay™ Yelo Bank-da!

    • Press-reliz
  • 05 sentyabr 2022

Müştərilərilərinə hər zaman innovativ həllər təklif edən Yelo Bank Google Pay təmassız ödəniş xidmətini istifadəyə verib. Artıq üzərinizdə nağd pul və ya kart daşımağa ehtiyac yoxdur. Android və Wear OS əməliyyat sistemləri əsasında işləyən elektron cihazlar (smartfon, ağıllı saat) vasitəsilə ödənişlərinizi çox rahat edə bilərsiniz. Bunun üçün sadəcə cihazı POS-terminala yaxınlaşdırmaq kifayətdir. Google Pay ilə ödənişlər market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və təmassız ödəniş olan hər yerdə keçərlidir.

Yelo Visa kartarını Google Pay-də aktivləşdirmək olduqca sadədir. Bunun üçün elektron cihazınıza Google Wallet™ tətbiqini yükləyib, təlimatlara əsasən Yelo Visa kartınızı əlavə etməyiniz kifayətdir. Google Wallet cüzdanında kart məlumatı cəmi bir dəfə daxil edilir.

Elektron cihazı kiliddən açmaq üçün üz tanıma, barmaq izi, şifrə kimi funksiyalar sayəsində Google Pay ilə ödənişlər sürətli olmaqla bərabər, təhlükəsizdir. Xüsusi tokenizasiya texnologiyası ilə ödəniş zamanı bank məlumatları smartfonda saxlanılmır və ya qarşı tərəfə ötürülmür.

Qeyd edək ki, Google Wallet-dən istifadə üçün smartfonun təmassız ödəniş texnologiyasını (NFC) dəstəkləməsi və Android 6.0. və daha yuxarı yeniləmə olmağı kifayətdir.

Yelo Visa kartlarınızla Google Pay ödənişləri zamanı Yelo cashback-lərlə bərabər, xüsusi endirim kampaniyaları və üstünlüklərdən faydalana bilərsiniz. Google Pay haqqında daha ətraflı məlumatı https://pay.google.com səhifəsinə keçərək öyrənə bilərsiniz.

  • Reyestr:
  • Yelo Bank

Oxşar xəbərlər

Maliyyə
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
01 iyul 2025
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
FinTech
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
19 iyun 2025
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
Maliyyə
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
02 iyun 2025
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
Maliyyə
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
30 may 2025
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
Maliyyə
Ən aşağı faizlə kreditlər Bakıda verilib
29 may 2025
Ən aşağı faizlə kreditlər Bakıda verilib
Araşdırmalar
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
27 may 2025
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər