banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

"PAŞA Bank"ın Gürcüstandakı törəməsinin zərəri kəskin azalıb

    • Press-reliz
  • 05 may 2021

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I rübünü 1,325 milyon lari (663 min manat) zərərlə başa vurub.

banks.az report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,5 dəfə azdır.

Yanvar-mart aylarında "PAŞA Bank Gürcüstan"ın əməliyyat gəlirləri 9,21 milyon lari (7,368 milyon manat, illik müqayisədə 8,8 dəfə az), əməliyyat xərcləri 10,67 milyon lari (5,335 milyon manat, 11,2% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 135 min lari (68 min manat, 1 il əvvəl ehtiyat yaradıb) təşkil edib.

Bu il aprelin 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 472,36 milyon lari (236,18 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 6% azdır. Bunun 306,532 milyon larisi (153,266 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,8% böyüyüb.

Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 4,4% azalaraq 397,625 milyon lariyə (198,813 milyon manat) düşüb, o cümlədən depozit portfeli 1,4% artaraq 236,171 lariyə (122,875 milyon manat) çatıb, balans kapitalı isə 13,95% azalaraq 74,735 milyon lariyə (37,368 milyon manat) düşüb, o cümlədən nizamnamə kapitalı dəyişməyərək 103 milyon lari (51,5 milyon manat) qalıb.

1 lari = 0,5 manat

  • Reyestr:
  • Paşa Bank

Oxşar xəbərlər

Araşdırmalar
🧀 Pul parmezan kimi “qoxuyanda”
24 yanvar 2026
🧀 Pul parmezan kimi “qoxuyanda”
Maliyyə
Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
13 yanvar 2026
Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
Maliyyə
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
01 iyul 2025
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
FinTech
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
19 iyun 2025
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
Maliyyə
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
02 iyun 2025
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
Maliyyə
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
30 may 2025
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək