banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

VTB (Azərbaycan) kiçik biznes kreditləri üçün komissiyanı ləğv etdi

    • Press-reliz
  • 04 mart 2021

Bank VTB (Azərbaycan)-ın “0% dəyərini kəşf et” aksiyası çərçivəsində kiçik biznesin “Sərmayə” və “Dövriyyə” kredit məhsulları daha da sərfəli oldu. İndi sahibkarlar krediti komissiyasız əldə edə bilər. Yaz aksiyası 30 aprel 2021-ci ilədək qüvvədədir.

Bank VTB (Azərbaycan)-ın kiçik biznes kreditləri sahibkarlara biznes-ideyalarını reallaşdırmağa və inkişaf etdirməyə kömək edir.

 

“Sərmayə” və “Dövriyyə” kreditləri həm fərdi sahibkarlara, həm hüquqi şəxslərə illik 14,5% -dən başlayan faiz dərəcəsilə verilir. Hər iki kredit üzrə maksimal məbləğ 660 min manat (və ya rubl ekvivalenti) təşkil edir.

 

“Sərnayə” krediti əmlakın alınması (o cümlədən nəqliyyat, xüsusi texnika, daşınmaz əmlak), əsas vəsaitin təmiri və  yenidən qurulması, tikintisi, yeni fəaliyyət növünün inkişafı və biznesin genişləndirilməsi, eləcə də örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmalar və digər banklardakı borcların maliyyələşməsi üçün təklif edilir. Kreditin müddəti 5 ilədəkdir.

 

“Dövriyyə” kreditini sahibkarlar dövriyyə vəsaitinin artırılması (əmtəə-material qiymətlilərinin alınması, təchizatçı və podratçılar ilə hesablaşmalar), əməliyyat xərclərinin maliyyələşədirilməsi, eləcə də örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmalar məqsədilə istifadə edə bilərlər. Kreditin müddəti 3 ilədəkdir.

Sahibkarlar kreditləri bank VTB (Azərbaycan)-ın istənilən filialında əldə edə bilər.

  • Teqlər:
  • biznes
  • kredit
  • kampaniya
  • Reyestr:
  • VTB

Oxşar xəbərlər

Maliyyə
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
01 iyul 2025
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
FinTech
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
19 iyun 2025
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
Maliyyə
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
30 may 2025
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
Maliyyə
Ən aşağı faizlə kreditlər Bakıda verilib
29 may 2025
Ən aşağı faizlə kreditlər Bakıda verilib
Araşdırmalar
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
27 may 2025
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
Maliyyə
Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb
30 yanvar 2025
Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb