Azərbaycanın sığorta bazarı yanvar-mayda 10% böyüyüb
- 29 iyun 2021
Bu ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin xətti ilə 398,001 mln. manat məbləğində sığorta haqqı toplanılıb.
banks.az Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 10,1% çoxdur.
Hesabat dövründə şirkətlər tərəfindən ödənilən sığorta haqlarının həcmi isə illik ifadədə 48,6% artaraq 208,233 mln. manat təşkil edib.
- Teqlər:
- mərkəzi bank
- Reyestr:
- AR Mərkəzi Bankı